

Kiyev Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakın Ukraynaya səfərinə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.
Pristayko xatırladıb ki, baş nazir təyin edildikdən sonra Sunak ilk dəfə Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib:
“Mən bilirəm ki, bu, çox yaxşı söhbət oldu, xüsusilə də onlar Rişi Sunakın Ukraynaya səfəri ilə bağlı razılığa gəliblər. Bu, nə vaxt baş verəcək? Biz artıq Britaniya hökumətindəki həmkarlarımızla bu barədə işləyirik”.