Sunak və Şolts Rusiyaya qarşı razılığa gəldi

Sunak və Şolts Rusiyaya qarşı razılığa gəldi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, tərəflər Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsi və Ukraynaya verilən dəstəyin gücləndirilməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.

Liderlər beynəlxalq enerji təhlükəsizliyi məsələsi də daxil olmaqla ümumi çağırışlara birgə cavab vermək üçün Böyük Britaniya və Avropa İttifaqı arasında əməkdaşlığı gücləndirmək istəklərini ifadə ediblər.

Qeyd edək ki, Sunak və Şolts arasında görüş noyabrın 15-16-da İndoneziyada keçiriləcək “Böyük İyirmilik” (G20) sammiti çərçivəsində baş tutacaq.

Teqlər: