Sunak söz verdi: İnflyasiyanı iki dəfə azaldacağam

Sunak söz verdi: İnflyasiyanı iki dəfə azaldacağam

2023-cü ildə inflyasiyanı iki dəfə azaldacağam.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, qanunsuz miqrantlarla bağlı problemi həll edəcək yeni qanunlar qəbul ediləcək:

“Hakim Mühafizəkarlar Partiyası iqtisadiyyatın inkişafına, dövlət borcunun azaldılmasına, Milli Səhiyyə Sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına, həmçinin qanunvericiliyə dəyişikliklərin edilməsinə diqqət yetirəcək”.

Qeyd edək ki, son statistik məlumatlara görə, ötən ilin noyabrında Britaniyada illik inflyasiya 10,7% təşkil edib. Bu da demək olar ki, 40 ildə rekord göstəricidir.

Teqlər: