Sunak onun NATO-nun baş katibi olmasına çalışır

Sunak onun NATO-nun baş katibi olmasına çalışır

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Vaşinqtona səfəri zamanı Co Baydendən Britaniya müdafiə naziri Ben Uollesin NATO baş katibliyinə namizədliyini dəstəkləməyi xahiş edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.

Məlumata görə, baş nazir iki gün Vaşinqtonda olacaq və Ağ Evdə ABŞ prezidenti ilə görüşəcək.

Qeyd edək ki, Ben Uolles ABŞ-da Ukraynaya dəstək üçün beynəlxalq koalisiyanın yaradılmasındakı roluna görə məşhurdur.

Teqlər: