Sunak İranı təmkinli olmağa çağırdı

Sunak İranı təmkinli olmağa çağırdı

Böyük Britaniya Baş naziri Rişi Sunak Britaniya Parlamentində çıxış edib.

AzerTimes xəbər verir ki, o çıxışında İranın İsrailə raket hücumundan danışıb və hər iki ölkəni təmkinli olmağa çağırıb.

Baş nazir təhlükəsizlik və sabitliyin Böyük Britaniya üçün önəminə toxunub və Britaniyanın İsrailin yanında olduğunu bildirib. O, məsələni müzakirə etmək üçün qısa müddətdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını da qeyd edib.

Teqlər: