Sunak 3 milyardlıq yardım paketi ilə Kiyevə gəlir

Sunak 3 milyardlıq yardım paketi ilə Kiyevə gəlir

Böyük Britaniya Baş naziri Rişi Sunak bu gün Kiyevə səfər edəcək və 3 milyard dollar dəyərində hərbi yardım, təhlükəsizlik zəmanətləri və humanitar yardımların yeni paketini elan edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Yardım paketinə uzaqmənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları daxildir. Eləcə də PUA-ların alınmasına 200 milyon dollar sərf olunacaq.

Bildirilib ki, bu, indiyədək Ukraynaya edilən ən böyük PUA yardımıdır. Həmin PUA-ların əksəriyyəti Britaniya istehsalıdır.

Teqlər: