Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq.
AzerTimes xəbər verir ki, Corat qəsəbəsində 1000-lik ŞQTM-i quraşdırılacaq və Corat bağlarında çəkilmiş d108 mm-lik küçə qaz xətti mənbəyə qoşulacaq. Bununla əlaqədar 6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər d530 mm-lik “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.
Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.
Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.