Sumqayıtdakı yanğınla bağlı cinayət işi açılıb

28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri
H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye
parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş vermişdir.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Fövqəladə
Hallar Nazirliyinin birgə məlumatında bildirilir.

Qeyd olunur ki, daxil olmuş məlumat əsasında dərhal Baş
Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar.
Ilkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin
ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq
və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin
225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin
müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.

Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam
etdirilir.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və
dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata
keçiriləcəkdir.

Teqlər: