Sumqayıtda xəstəxanada baş həkim döyüldü

Sumqayıtda xəstəxanada baş həkim döyüldü

Sumqayıt Psixiatriya Xəstəxanasında insident olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, xəstəxanaya müraciət edən şəxs tibb müəssisəsinin baş həkimi Elizbar Bəbirova hücum edərək onu döymək istəyib.

Baş həkim faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib:

“Xırdalandan gələn şəxs xəstəxanaya qazi adı ilə müraciət edib. Yersiz hərəkətlər edərək mənə xəsarət yetirməyə çalışdı. Bununla bağlı artıq polisə müraciət edilib”.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: