Sumqayıt şəhərində şirkət işçilərini daşıyan avtobus qəzaya
uğrayıb.
AzerTimes-ın məlumatına görə, Hadisə Bakı-Quba yolunun Sumqayıt
şəhərindən keçşən hissəsində baş verib.
Sumqayıt Texnologiyalar Parkına (STP) məxsu avtobus işçiləri işə
apararkən yolda idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində avtobusda olan 7 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər təcili yardımla xəstəxanaya gətirilib.
Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından AzerTimes-a verilən
məlumata görə, xəstəxanaya gətirilən 7 nəfərə ilkin tibbi yardım
göstəriləndən sonra evə buraxılıb.
Xsarət alanlar hamısı STP-nin əməkdaşları olub.