02.03.2021-ci il tarixində Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində Respublika Veteranlar Təşkilatı və Sumqayıt şəhər İcra hakimiyyəti ilə birgə şəhid ailələri və veteranlarla görüş keçirilib.
Təşkilatdan AzerTimes-a bildirilib ki, şəhid ailələrinə, veteranlara respublikamızda göstərilən diqqət və qayğı, onları sosial problemlərinin həlli istiqamətində görülən ardıcıl işlər, vətənpərvərliyin təbliğinə 44 günlük Vətən müharibəsinin iştirakçılarının cəlb edilməsi tədbirin mərkəzi fikrini təşkil edib.
Tədbir şəhilərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sumqayıt şəhər İcra Hakimiyyətinin müavini Teymur Səmədov çıxış etdi. O, Sumqayıt şəhərində son dövrlərdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verdi. Şəhər İcra Hakimiyyətinin bütün qəbildən olan veteranlara xüsusi qayğı ilə yanaşması, onların bütün problemlərinin həlli istiqamətində görülən işlər barəsində danışdı.
T.Səmədov: “44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürumuzdur. Onlara hər birimiz borcluyuq, tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla yada salacağımıza əminəm. Sumqayıt şəhər İcra Hakimiyyəti prezident İlham Əliyevin tapşırıq və göstərişlərini daim rəhbər tutaraq Şəhid ailələrinə bütün qəbildən olan veteranlara diqqət və qayğı ilə yanaşır, bu məsuliyyətli iş gələcəkdə də həssaslıqla davam etdiriləcəkdir”.
Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Sumqayıt qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi. Veteran, qazi, döyüşçü adını qürürla daşıyan Azərbaycan oğul və qızını xalqımızın təssübkeşi adlandırıdı. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası naminə canından keçmiş, sağlamlığını itirmiş hər bir şəxsə xidmət etməyi xalqımızın mənəvi borcu olduğunu vurğuladı. Şəhidlərimizin ölmsüz olduğunu, bəşəriyyət var olduqca onlarında bizim qəlbimizdə əbədi yaşayacağını qeyd etdi.
Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında Respublika Veteranlar Təşkilatı haqqında məlumat verdi. Bütün qəbildən olan olan veteranlara respublikamızda göstərilən diqqət və qayğıdan bəhs etdi. O həmçinin 44 günlük Vətən müharibəsi iştirakçılarını RVT-a cəlb etməklə yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində onların bilik və bacarılarından istifadə etməyin zəruriliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri sədri Sovet Şükürov və başqaları mövzü ətrafında çıxışlar etdilər. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, veteranlarımızın, qazilərimiz bütün problemlərinin vaxtında həlli istiqamətində görülən işlər haqqında danışdır.