Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində quyuda aşkarlanmış naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.
Görülən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.