Sumqayıtda qardaş qardaşı bıçaqladı – DİN

Sumqayıtda qardaş qardaşı bıçaqladı – DİN

17:03

Sumqayıtda qardaş qardaşı bıçaqlamaqda şübhəli bilinir.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Sabit Məmməd oğlu İsmayılov aralarında baş vermiş münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Ədalət Məmməd oğlu İsmayılovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Teqlər: