Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Sumqayıtda qanunsuz tikilini söküb.
Bu barədə AzerTimes-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.