Sumqayıtda qanunsuz ət kəsimi məntəqələri aşkarlandı (FOTO)

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Sumqayıtda antisanitar şəraitdə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb.

Bu barədə AzerTimes-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik əməkdaşları Sumqayıt şəhəri, 3-cü mkr. ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.


Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

Teqlər: