Sumqayıtda qadın tanışı tərəfindən boğularaq öldürülüb

Mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də
Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə
öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il
təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: