Xəbər - Ceyhun Ələkbərov – Trend:
Polisin saxla əmirinə tabe olmayan avtobus Sumqayıtda saxlanılıb.
Bunu AzerTimes-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə avtobusun qaçırıldığı və Sumqayıt Nəqliyyat İdarəsinə aid olduğu deyilsə də, bu belə deyil:
“Sosial şəbəkələrdə Sumqayıtda sərnişin avtobusunun qaçırılması ilə bağlı paylaşımlar edilir. Məlumat üçün bildirim ki, qeyd olunan avtobus Sumqayıt Nəqliyyat İdarəsinə aid deyil. Avtobus sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb”.
E. Qocayev qeyd edib ki, avtobusun içərisində sərnişin olmayıb.