Xəbər - Samir Əli – Trend:
Sumqayıtda saxta dollar satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə fevralın 18-də Corat qəsəbəsi
ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ
dollarlıq əskinas verərək manat alması, həmin dollar əskinaslarının
isə saxta olması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon
sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş
C.İsayev müəyyən edilərək saxlanılıb.
Onun saxta əskinasları verərkən Bakı şəhər sakini olan bir
nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilib.
Araşdırma aparılır.