Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzerTimes-a
bildiriblər ki, mayın 8-də saat 3 radələrində Sumqayıtda şəhər
sakini R.Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobili yolun
kənarındakı maneəyə vurub. Nəticədə avtomobildə olan sərnişin Elxan
Səmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya
yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma
aparılır.

Teqlər: