Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Mübariz Əvəz oğlu Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.