Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.
AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt sakinləri – 1989-cu il təvəllüdlü Rəşad Şahvələd oğlu Heydərov, 1992-ci il təvəllüdlü Valeh Balaş oğlu Talıbov və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Anar Mütəllim oğlu Talıbov işlədikləri istehsalat qazından zəhərləniblər.
Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.