Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə
bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Trend-ə bildirilib ki, Çağırış ünvanına cəlb
olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri
mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il
təvəllüdlü Seyfullayeva Rəhilə Xanoğlan qızının meyitini aidiyyəti
üzrə təhvil veriblər.

Teqlər: