Sumqayıtda maşın aşdı, 12 yaşlı uşaq öldü

Sumqayıtda maşın aşdı, 12 yaşlı uşaq öldü

Sumqayıtda maşın aşıb, 12 yaşlı uşaq ölüb.

AzerTimes xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

İlkin məlumatlara görə, “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb və aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan 2013-cü il təvəllüdlü Hüseyn Canəliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: