Xəbər - Samir Əli – Trend:
Sumqayıt şəhərində koronavirusa qarşı könüllü peyvəndlənmə aparılır.
Bu barədə AzerTimes-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vətəndaşların müraciətləri əsasında Sumqayıt şəhəri üzrə könüllü peyvəndlənmə prosesi uğurla davam etdirilir.
Qeyd edək ki, bu günə qədər ölkə üzrə ümumilikdə 1777426 vaksin vurulub.