“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğının atmosfer havasına
təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib,
havanın keyfiyyət göstəriciləri ölçülüb.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi
Umayra Tağıyeva bildirib ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət
göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında
daxil olan məlumatlara əsasən təyin olunan havanın keyfiyyət
göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1.2 dəfə,
azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək
olub.
U.Tağıyevanın sözlərinə görə, çirkləndiricilərin yüksək qatılığı
əsasən gecə saatlarında qeydə alınıb. Belə ki, azot-4 oksid 3.5,
azot-2 oksid 9, dəm qazı 2.1 dəfə normadan yüksək olub.
“Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının
konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt
şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən
hədd daxilindədir”.