Sumqayıtda gizli işləyən trenajor zalında 18 nəfər cərimələnib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradan şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 3-cü məhəllənin ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.

İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Teqlər: