Sumqayıt şəhərinin 29-cu məhəlləsində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonunda 13 nömrəli yataqxana binaları söküləcək.
AzerTimes xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra hakimiyyəti məlumat yayıb.
Söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 eldar şamı ağacı əkiləcək.