Sumqayıtda bir nəfər şadlıq sarayının şaxtasına düşərək ölüb

Xəbər - Samir Əli – Trend:

Noyabrın 9-u saat 20 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan AzerTimes-a bildirilib ki, aparılmış araşdırma zamanı müəyyən edilib ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Teqlər: