Sumqayıt Şəhər Polis İdarəsinə şəhər sakinlərindən avtobus
dayanacaqlarında şəhərin estetik görünüşünə xələl gətirən,
anlaşılmayan müxtəlif işarələrin yazılması barədə müraciətlər daxil
olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Şəhər
Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı
dayanacaqların şüşələrinə işarələr yazan şəhər sakinləri yetkinlik
yaşına çatmayan U.Salmanov və E.Yusifov (ad, soyad şərtidir)
müəyyən edilərək valideynlərinin iştirakı ilə polis idarəsinə dəvət
ediliblər.
Onlar valideynlərinin iştirakı ilə dindirilərkən törətdikləri
əməli etiraf ediblər. Polis İdarəsində qeyd edilən əməli törədən
azyaşlılarla və onların valideynləri ilə profilaktik söhbətlər
aparılıb və bir daha belə hərəkətlərə yol verməməyin vacibliyi
onların diqqətinə çatdırılıb