Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi
bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın
öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi
barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, şəhərin
polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq
tədbirlər həyata keçirilib.
Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini,
əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla
həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə
əsaslı şübhələr müəyyən edilib.
T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa
təhvil verilib.
Araşdırma aparılır.