Sumqayıtda 85 yaşlı kişini maşın vurdu

Sumqayıtda 85 yaşlı kişini maşın vurdu

Sumqayıtda 85 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada, 1940-cı il təvəllüdlü Asirov Nikolay Andreyeviçi avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: