Aprelin 1-də Sumqayıt şəhərində 5 300 abonenetə təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.
Məlumata görə, buna səbəb şəhərin Köhnə Corat və Təzə Corat qəsəbələri ərazisində qeyri-qanuni birləşmələrin ləğvi, Təmiz Qaz QSC-nin aşkar etdiyi qaz sızmalarının aradan qaldırılmasıdır. Odur ki, bazar ertəsi saat 10:00-dan işlər yekunlaşana qədər qaz təchizatında məhdudiyyətlər olacaq.