Oktyabrın 18-də saat 16:25 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrliyində hərəkətdə olan “Mersedes” markalı 44 BU 148 qeydiyyat nişanlı avtomobilin sürücüsünün kimliyi məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən AzerTimes-a verilən məlumata görə, hadisəni Elməddin Abbasov adlı şəxs törədib.
“Sürücü idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və maneəyə çırpılıb. Nəticədə yalnız özü xəsarət alıb. Digər avtomobillərə isə maddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda faktla bağlı araşdırma aparılır”, – məlumatda deyilir.