Sumqayıt Texnologiyalar Parkı istehsalı və ixracı artırmağı hədəfləyir

Xəbər - Fatimə Zülfüqar – Trend:

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Sumqayıt Texnologiyalar Parkı (STP) həm daxili, həm də xarici satışların artırılmasını hədəfləyir.

Bunu AzerTimes-a STP-nin meneceri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, STP-nin yaxın gələcək üçün əsas məqsədi istehsalı və ixracı artırmaqdır: “Müəssisədə bu istiqamətdə artıq ilk addımlar atılıb. İnvestisiyaların artırılması, istehsalın genişləndirilməsi və ixracın artırılması üçün Sumqayıt Texnologiyalar Parkı Türkiyənin “Ağır Global” və “Kibar Holding” şirkətləri ilə tərəfdaşlıq münasibətləri qurub”.

Menecer əlavə edib ki, hazırda STP transformasiya prosesini başa çatdırır: “Son dövrlərdə Sumqayıt Texnologiyalar Parkının bazasında “STP Global Cable”, “STP Aluminium”, “STP Metal Structures”, “STP-AH”, “ASSAN-STP Panel” kimi şirkətlər yaradılıb. Yeni şirkətlər hazırda keçid mərhələsindədir. Yeni təşkilatlar və yeni məhsullar barədə restrukturizasiya başa çatandan sonra elan olunacaq”.


(Tərcümə: Orxan Nəbiyev)