“Sumqayıt” son pillədən xilas oldu

“Sumqayıt” son pillədən xilas oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir matçı keçirilib.

AzerTimes xəbər verir ki, “Sumqayıt” evdə “Səbail”i 2-0 məğlub edib.

“Sumqayıt”ın qollarını 9-cu dəqiqədə Stiven Pereyra, 54-cü dəqiqədə isə Vüsal İsgəndərli vurub.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran “Sumqayıt” son pillədən xilas olaraq, 8-ci sıraya yüksəlib. Əvəzində isə 10 xalı olan “Səbail” 10-cu yerə enib.

Teqlər: