Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
AzerTimes xəbər verir ki, “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün son oyununda “Qarabağ” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Matçın start fiti saat 19:00-da veriləcək.
Ağdam klubu 9 xalla 3-cü, bakılılar isə 4 xalla 8-cidir.
Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə”–“Neftçi” və “Sabah”–“Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.