10:56
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
AzerTimes xəbər verir ki, “Sumqayıt” çalışdırıcısı Samir Abasovla yollarını ayırıb.
Buna 44 yaşlı mütəxəssisin “Neftçi”nin baş məşqçisi təyin ediləcəyi səbəb olub. Bakı klubu ilə əldə olunmuş razılıq və Abasovun şəxsi istəyini nəzərə alan “Sumqayıt” rəhbərliyi onunla əməkdaşlığı başa çatdırıb.
Qeyd edək ki, 9 turdan sonra cəmi 8 xala malik “Sumqayıt” turnir cədvəlində 8-ci, iki xal geri qalan “Neftçi” 9-cudur.