Sumqayıt şəhər elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə həyata keçirilən əsaslı təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Bu barədə AzerTimes-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar bu gün saat 10-dan saat 12-nə qədər şəhərin 1-ci və 5-ci mikrorayonlarında, eləcə də bir sıra məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.