Sumqayıt sakini bıçaqla qətlə yetirilib

Xəbər - Samir Əli – Trend:

Fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakin 1977-ci il təvəllüdlü Nazim Məmmədovun Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər: