Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə olunub.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.