Sumqayıt Məhkəmə Kompleksi müasir dövrün tələblərinə uyğundur – Aydın Axundov

Xəbər - Humay Ağacanova -Trend:

Sumqayıt Məhkəmə Kompleksi müasir dövrün tələblərinə uyğundur. Burada vəkillər üçün ayrıca otaqlar nəzərdə tutulub və bu otaqlarda hər cür şərait yaradılıb.

AzerTimes xəbər verir ki, bu barədə Sumqayıt Məhkəmə Kompleksində jurnalistlərin, vəkillərin, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, hüquqşünas alimlərin iştirakı ilə keçirilən tanışlıq zamanı Vəkillər Kollegiyası Rəyasət heyətinin sədr müavini Aydın Axundov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin məhkəmə sahəsində qəbul etdiyi fərman və sərəncamlar vəkilliyin inkişafına güclü təsir göstərir: “Bu cür komplekslərin yaradılması ədalət mühakiməsinin obyektiv həyata keçirilməsində, ümumiyyətlə məhkəmə sistemində böyük nəticələrə səbəb olacaq”.

Qeyd edək ki artıq istifadəyə verilmiş yeni məhkəmə kompleksinə sentyabrn 7-də jurnalistlərin, vəkillərin, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, hüquqşünas alimlərin iştirakı ilə mediatur təşkil olunub.

Teqlər: