Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident qeydiyyata alınıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində
olan Sumqayıt Kimya Sənaye Parkında daha bir yeni rezident –
“Az-Tex-Import” MMC qeydiyyata alınıb.

AzerTimes-ın məlumatına görə,
“Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 3 hektar ərazisində
İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı
yüngül, orta və ağır tonajlı yük və xüsusi təyinatlı avtomobillərin
istehsalı layihəsi həyata keçiriləcək.

İnvestisiya dəyəri 19,2 mln manat olan layihə çərçivəsində 90
nəfər daimi işlə təmin ediləcək.

Müəssisənin məhsullarının daxili bazarda satılmaqla yanaşı,
xarici ölkələrə ixracı da planlaşdırılır.

Teqlər: