Xəbər verdiyimiz kimi, bu səhər saat 5:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, öldürülən şəxslərdən Dağbəyi Fərəcov Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü olub.