Bu gün Azərbaycan Premyer Liqasında XXXII tur başlayıb.
AzerTimes xəbər verir ki, günün ilk matçında “Kəpəz” Qəbələdə “Sumqayıt”ı qəbul edib.
Qarşılaşmanın 64-cü dəqiqəsində Vüsal İsgəndərlinin vurduğu qol “Sumqayıt”a qələbə qazandırıb.
Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Sumqayıt” 8-ci pillədəki yerini möhkəmlədib. “Kəpəz” isə 29 xalla 7-cidir.
Qeyd edək ki, günün digər matçında “Sabah” öz meydanında “Şamaxı” ilə üz-üzə gələcək.