“Sumqayıt” Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.
Klubun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub. Bildirilib ki, klub Birliyin 2023-2027-ci illər dövrəsi üçün assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin “Sumqayıt” qurumun sentyabrda keçiriləcək Baş Assambleyasına dəvət ediləcək.
Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” də hazırda qurumun üzvləridir.
Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Hazırda birliyin 330 üzvü var ki, həmin klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.