Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
AzerTimes xəbər verir ki, “Haas” komandasında çıxış edən Mik Şumaxer uğursuzluqla üzləşib.
23 yaşlı pilotun bolidində maye sızması aşkarlanıb. Şumaxer bu səbəbdən test yürüşünü erkən dayandırmağa məcbur olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.