2013-cü il dekabrın 29-da Alp dağlarında xizək sürərkən yıxılaraq ağır kəllə-beyin travması alan əfsanəvi Formula-1 pilotu Mixael Şumaxerin son vəziyyəti açıqlanıb.
AzerTimes xəbər verir ki, uzun müddət komada qalan Şumaxerin qardaşı Ralf Şumaxer müasir tibbin nailiyyətləri sayəsində onun səhhətində müəyyən irəliləyişlər olduğunu bildirib.
Buna baxmayaraq, Ralf qardaşında “heç nəyin əvvəlki kimi olmadığını” vurğulayıb.