Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi də başa çatmaq üzrədir – Saleh Məmmədov

Xəbər - Samir Əli – Trend:

Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi də başa çatmaq üzrədir.

Trend -in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Qovşaq 2 yol ötürücüsündən ibarətdir (4 aşırımlı 128 m və 3 aşırımlı 96 m, yol ötürücülərinin eni 9 m-dir). Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə və əksinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldırılmış olacaq.

Teqlər: