Sülhməramlıların təxribatlara göz yumması təəssüf doğurur – Hərbi analitik (FOTO/VİDEO)

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərinə cəmləşən qanunsuz erməni silahlı
dəstələrinin ordumuzun mövqelərinə qarşı törətdiyi təxribatlara
dərhal və adekvat cavab verilir. Azərbaycan Ordusu erməni
terrorçularını dəqiq vuran silahlarla anında məhv edir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində hərbi analitik, “M5 müdafiə və
strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan
İmamquliyev bildirib.

O, qeyd edib ki, 10 noyabr üçtərəfli bəyannaməsinin şərtlərinə
tamamilə zidd olan bu terror-təxribat hərəkətlərinin qarşısı
qətiyyətlə alınır və qanunsuz erməni silahlıları bundan sonra da
layiqli cavablarını alacaqlar. R.İmamquliyev xüsusilə vurğulayıb
ki, baş verən təxribatlara ərazidə müvəqqəti yerləşən
sülhməramlılar münasibət bildirməldir:

“Əlbəttə ki, sülhməramlılar məsuliyyət daşıyır, erməni
terrorçuları onların kölgəsində gizlənərək təxribatlar törədir. Bu
da qəbuledilməzdir. Sülhməramlılar öz fəaliyyətlərini yerinə
yetirməli, vəziyyəti nəzarətdə saxlamalıdır. Amma biz bunu
görmürük. Sülhməramlıların təxribatlara göz yumması təəssüf
doğurur”.

Hərbi analitik həmçnin Rusiya-Ukrayna ətrafında yaranan hərbi
qarşıdurma, bölgədə baş verən müharibənin region ölkələrinə mənfi
təsirlərindən də danışıb. Müsahibə zamanı Türkiyə və Azərbaycanın
bölgənin əsas oyunçuları kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh
yolu ilə həll edilməsinə verdiyi davamlı töhvələr müzakirə edilib.
Eyni zamanda Ermənistan baş nazirinin Fransaya səfərinin Rusiyada
rəsmi dairələrində qəzəblə qarşılanması, Paşinyanın növbəti dəfə
qərbə üz tutmaqla Rusiyaya xəyanət etməsi məsələlərindən
danışılıb.

Müsahibənin videovariantını təqdim edirik.

Teqlər: