Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər.
AzerTimes Nyus.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının hərbi texnikasının ilk partiyasının, o cümlədən 24 BTR-82A zirehli transportyorunun Goran dəmir yolu stansiyası vasitəsilə Azərbaycan ərazisindən çıxarıldığı görünür.
Qeyd olunur ki, hərbi texnika Azərbaycanın “Yalama” sərhəd məntəqəsindən Rusiyaya aparılır.